29 Oktyabr 2025, 11:31
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qalatasaray" uruqvaylı futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhəngi Uqarteni yanvar ayında icarəyə götürmək istəyir.
Rəqabətdə Kazemiroya uduzan 24 yaşlı oyunçu özü də başqa kluba keçməyə isti yanaşır.
Qeyd edək ki, Manuel Uqarte bu mövsüm "Mançester Yunayted"in heyətində 9 oyunda meydana çıxıb.











_1761735078.jpg)
