"Barselona"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin aparıcı oyunçularından olan Pedri zədələnib. Bu barədə AS nəşri məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. İspaniya yığmasının üzvü milli fasilədən sonra oynamağa hazır olacaq.

Qeyd edək ki, Pedri bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 13 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest