"Ayaks" fəal şəkildə yeni baş məşqçi axtarışındadır.
 
Matc.az xəbər verir ki, klubun maraq dairəsi Erik ten Haq, Qraham Potter və Francesco Farioli kimi mütəxəssislərdən ibarətdir.
 
Onlardan Ten Haq ən real variantlardan biridir, çünki niderlandlı mütəxəssis əvvəllər bu komanda ilə çalışıb və indi “Mançester Yunayted”dən ayrılmağa yaxındır.
 
"Çelsi"dən qovulandan sonra hələ də işsiz olan Potter daha prestijli təklif gözləyir, onun üçün seçimlərdən biri də "qırmızı şeytanlar"dır.
 
Farioli "Nitsa" ilə uğurla işləyir, komanda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest