09 May 2024, 19:27
FUTBOL
Jorjinyo Londonun "Arsenal" klubunda oynamağa davam edəcək.
Matc.az xəbər verir ki, tərəflər yeni müqavilə imzalayıb. Sözləşmə gələn mövsümün sonuna qədər nəzərdə tutulub.
Jorjinyo 2023-cü ilin əvvəlində "Çelsi"dən "Arsenal"a keçib. O, komandanın heyətində bütün yarışlarda 51 oyun keçirib.