“Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Olise uğrunda mübarizə gərginləşir. Matc.az xəbər verir ki, İngiltərənin daha bir klubu 22 yaşlı futbolçuya maraq göstərir.

Bu dəfə “Mançester Yunayted” onu heyətinə qatmaq fikrinə düşüb. “Mankunianlılar” yay fasiləsində fransalı üçün təxminən 70 milyon avro ödəməyə hazırdı. Ancaq Oliseni “Aston Villa” və “Arsenal” da istəyir.

Qeyd edək ki, Maykl Olise bu mövsüm Premyer Liqada 17 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest