09 May 2024, 12:25
FUTBOL
“Bavariya”nın cari mövsümü kuboksuz başa vuracağı dəqiqləşib. Matc.az xəbər verir ki, buna Münhen klubunun Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra aydınlıq gəlib.
Bundesliqada çempionluq yarışında “Bayer”lə bacarmayan münhenlilər bütün diqqətlərini ÇL-ə yönəltmişdilər. Ancaq turnirin yarımfinal mərhələsində “Real” səddini keçmək mümkün olmayıb. Belədə “Bavariya”nın sezonu kuboksuz bitirəcəyi təsdiqini tapıb.
Almaniya təmsilçisi sonuncu dəfə 2012-ci ildə belə halla üzləşmişdi. "Bavariya" 12 ildən sonra eyni uğursuzluğu təkrarlamış olub.