Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Faiq Qarayev daha çox gənc voleybolçulara dəvət göndərib.

Mübarizəyə mayın 17-də start verəcək yığmamızın Xorvatiyada keçiriləcək ilk turda rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. İkinci tur isə mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək və komandamız bu turda meydan sahibi ilə yanaşı, İsveç yığması ilə qarşılaşacaq. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda keçiriləcək. Doğma meydanda Estoniya və Avstriya yığmaları ilə üz-üzə gələcəyik.

Yekun heyətdə 14 oyunçu var:

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest