"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior Madrid komandasının Çempionlar Liqasının finalına yüksəlməsini şərh edərək, komandanın heç vaxt təslim olmayan xarakterini qeyd edib.
 
Matc.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:
 
“Bu formanı geyindiyim və bu stadionda tez-tez oynaya bildiyim üçün qürur duyuram. Bu, "Real"dır, biz heç vaxt təslim olmuruq. Biz həmişə özümüzə inanırıq və bilirik ki, azarkeşlərimiz bizi dəstəkləyəcək. Bu, yenidən baş verdi və indi biz 15-ci Çempionlar Kubokumuza gedirik.
 
Evdə oynayanda hər şeyi edə biləcəyimizi hiss edirik. Ailələrimiz buradadır, biz bu komandanın birliyini hiss edirik və bu, həmişə əhəmiyyətli olacaq”.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest