"Daha çox gələcəklər, çempionatın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram".

"Çoxlu mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır”.
 
Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXIII turunda qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
 
Gürcü mütəxəssis “Qəbələ” ilə oyunu şərh edib: “Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi. Sevinmək üçün xüsusi bir şey yoxdur. Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər, həmçinin də qələbəni. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özlərini yaxşı tərəfdən göstərəcəklər. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər”.
 
Kaxaber Sxadadze komandanın düşdüyü vəziyyət barədə məlumat verib. O, qol vəziyyətləri zamanı soyuqqanlı olmağın vacibliyini vurğulayıb: “Öncəki oyunlarda da biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidir. "Neftçi" qapıya bir zərbə vurdu, uddular. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixoloji məqam da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Bu gün də soyuqqanlılıqla bitirməli olduğumuz vacib epizodlar var idi, amma yenə vura bilmədik. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı”.
 
“Qəbələ”nin baş məşqçisi çempionatla bağlı fikirlərini açıqlayıb: “Azərbaycan çempionatında azarkeş çatışmır. Daha çox gələcəklər, çempionatın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. "Xəzər Lənkəran", "Qəbələ", "Bakı", "İnter" kimi çox yaxşı komandalar var idi. "Neftçi" də həmişə "Neftçi"dir. Hər zaman burada liqa çətin idi, indi də. Futbolçuların adlarına görə başqa səviyyədə idi. Çünki maliyyə məsələsi də var. Məncə, bu da qayıdacaq. Çünki çempionat inkişaf edir, bura maraq da çox olacaq. "ASCO Arena"nın süni örtüklü meydançası da əla idi. Daha da inkişaf etmək üçün hər cür imkan var”. (idman)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest