17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) uduzub. Türkiyə isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) üzərində qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest