“Bavariya”nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda İngiltərəyə qayıda bilər. Matc.az xəbər verir ki, Premyer Liqanın iki klubu almaniyalı mütəxəssisin xidmətində maraqlıdı.

“Mançester Yunayted”dən sonra indi də Tuxelin sabiq komandası “Çelsi” onu yenidən sükanı arxasında görmək arzusundadı. London klubu avrokuboklara vəsiqə qazana bilməsə, Maurisio Poçettino istefaya göndəriləcək. Rəhbərlik bu posta məhz Tuxeli təyin etmək niyyətindədi.

Qeyd edək ki, Tomas Tuxel 2021-22 mövsümündə “Çelsi”ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest