“Barselona”nın sabiq futbolçusu Rivaldo kluba “Real”ın keçmiş baş məşqçisi Joze Mourinyonu dəvət etməyi məsləhət görüb. Matc.az xəbər verir ki, “sambaçı”nın fikrincə, portuqaliyalı mütəxəssis yayda komandanı tərk edəcək Xavini layiqincə əvəz edə bilər.
 
“Bir çox azarkeş klubunda prinsipial rəqibdə işləmiş məşqçi və ya oyunçunu görmək istəmir. Lakin Mourinyo artıq “Barselona”da olub. Onun xarakteri və azarkeşlərlə ilə mübahisəsi sual doğuracaq. Ancaq Joze qalibdi. Nəzərə alsaq ki, Joze klubsuzdu, “Barselona” da məşqçi axtarışındadı, ona komanda ilə dil tapmaq daha asan olacaq. Mourinyo “Barselona”nı gücləndirər. O, əla iş görə bilər”.
 
Qeyd edək ki, Joze Mourinyo son komandası “Roma”dan bu ilin əvvəlində ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest