“Barselona” baş məşqçi Xavi Ernandeslə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə məğlubiyyətdən (3:2, 1:4) sonra İspaniya təmsilçisi hazırkı çalışdırıcısını qalmağa razı salmayacaq.

Kataloniyalılar bu postu tutmağa ilk namizədi də müəyyənləşdiriblər. Rəhbərlik yayda “Aston Villa”nın baş məşqçisi Unay Emeri ilə danışıq aparacaq. Ancaq İngiltərə klubu Çempionlar Liqasına vəsiqə qazansa, onu razı salmaq çətin olacaq.

Qeyd edək ki, “Aston Villa” hazırda İngiltərə Premyer Liqasında 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest