İngiltərə Premyer Liqasının klubları xərcləmə limitinin tətbiqi ilə bağlı səsvermə keçirib. Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, yüksək liqa komandalarının əksəriyyəti limit tətbiq etmək üçün səs verib. Buna yalnız üç klub - “Mançester Siti”, “Mançester Yunayted” və “Aston Villa” qarşı çıxıb. “Çelsi” isə bitərəf qalıb. Xərclərin həddi konsepsiyasının bu ilin iyununda təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, Premyer Liqada 35 turdan sonra “Arsenal” 80 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest