"Arsenal"ın sabiq hücumçusu Robin van Persi yeni mövsümdən "Herenven"i çalışdıracaq.
 
Matc.az xəbər verir ki, tərəflər 2 illik müqavilə bağlamaq barədə razılığa gəliblər.
 
Bu vəzifədə van Persi mövsümün sonunda gedəcəyi rəsmiləşən Kees van Vondereni əvəz edəcək. Herenven turnirin bitməsinə 3 tur qalmış Eredivisie cədvəlində 10-cu yerdədir.
 
Van Persi futbolçu kimi karyerasını bitirdiyi və gənclər komandasında məşqçiliyə başladığı “Mançester Yunayted”, “Fənərbaxça” və “Feyenord”da da çıxışları ilə tanınır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest