“İnsanların bizi finalda görmələri məni narahat etmir. Bundesliqada yaxşı çıxış etməyən, lakin “Arsenal”a qarşı uğurlu oynayan komandanı qəbul edəcəyimizi bilirik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Bavariya” ilə keçiriləcək ilk oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Münhen təmsilçisi ilə səfər qarşılaşmasından ümidli danışıb:

“İnsanların bizi finalda görmələri məni narahat etmir. Bundesliqada yaxşı çıxış etməyən, lakin “Arsenal”a qarşı uğurlu oynayan komandanı qəbul edəcəyimizi bilirik. Onlar Avropanın çox güclü komandalarından birini sıradan çıxardılar. Çempionlar Liqasında tarix çox önəmlidi və bu bizim xeyrimizə işləyir. Hamı bizim nəyə qadir olduğumuzu bilir. Hər kəsin bizə hörmət etdiyini hiss edirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Bavariya” – “Real” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest