“Bavariya” yeni baş məşqçisini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Bundesliqa klubunun Avstriya millisinin çalışdırıcısı ilə anlaşması gözlənilir.

Almaniyalı mütəxəssislə danışıqlar müsbət məcrada davam edir. Almanlar hazırda bütün diqqətlərini Çempionlar Liqasının yarımfinalında “Real”la keçiriləcək qarşılaşmaya yönəldib.

Madriddəki görüşdən sonra tərəflər müqavilə məsələsinə qayıdacaq. Artıq məvacibdə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yolları ayıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest