“Real”ın sabiq hücumçusu Raul Qonzalesin “Sevilya”nı çalışdırmaq şansı yaranıb. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi mütəxəssisin xidmətində maraqlıdı.

Raul hazırda “kral klubu”nun ikinci komandasına rəhbərlik edir. “Sevilya” rəhbərliyi Kike Sançes Floresi istefaya göndərəcəyi təqdirdə 46 yaşlı forvarda dəvət göndərəcək. Digər namizədlər isə Haqoba Arrasate və Enzo Mareskadı.

Qeyd edək ki, Raul Qonzales 2019-cu ildən “Real”ın B komandasını çalışdırır. “Sevilya” hazırda İspaniya çempionatında 13-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest