“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək. Bunu matc.az saytına açıqlamasında Premyer Liqa klubunun rəsmisi bildirib.

XXX turda “Turan Tovuz”la (1:2) qarşılaşmada hakimləri təhqir etdiyi üçün 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılan klub rəsmisi referi Rauf Cabarovdan narazı qaldıqlarını deyib.

O, hakimin ünvanına təhqiramiz ifadə işlətmədiyini söyləyib: “Mən orada təhqiramiz söz işlətməmişəm. Sadəcə, hakimlikdən narazılığımı bildirmişəm. Rauf Cabarov isə adım protokolda olmaya-olmaya mənə qırmızı vərəqə göstərdi. Referinin haqqımda belə yazmasından çox narazıyam. Bu, mənim imicimə xələldi. Buna görə də AFFA İntizam Komitəsinə və Hakimlər Komitəsinə məsələnin obyektiv araşdırılmasını xahiş etmişəm. Həmçinin apellyasiya şikayəti də verəcəyik”.

Qeyd edək ki, Səbuhi Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest