Bundan əlavə, Karlo Ançelotti Çempionlar Liqasında məşqçilik karyerasının 201-ci qarşılaşmasını keçirib. O, tarixdə 200 oyunluq göstəriciyə çatan ilk şəxsdi.

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Mançester Siti” ilə keçirilən cavab oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, bu, italiyalı mütəxəssisin “kral klubu”nun rəhbərliyi altında qitənin ən nüfuzlu klub turnirində 60-cı görüşü olub.

Ançelotti bununla madridlilərin sabiq çalışdırıcısı Vinsente del Boskenin göstəricisini təkrarlayaraq, ikinci yerə şərik olub. O, indi yalnız Migel Munyosdan geri qalır. Munyos 1959-1974-cü illərdə Avropa Kuboku/Çempionlar Liqasında “Real”ın “sükanı arxası”nda 71 matça çıxıb.

Bundan əlavə, Karlo Ançelotti Çempionlar Liqasında məşqçilik karyerasının 201-ci qarşılaşmasını keçirib. O, tarixdə 200 oyunluq göstəriciyə çatan ilk şəxsdi.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb və “Real” penaltilər seriyasında rəqibini üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest