“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı durumundan narahatdı. Matc.az xəbər verir ki, portuqaliyalı forvard rəqib komandaların azarkeşlərinin davranışından narazılığını bildirib.
 
Belə ki, “Əl-Nəsr”in qarşılaşmaları zamanı fanatlar müntəzəm Lionel Messinin adını səsləndirirlər. Bu da 39 yaşlı superulduzu əsəbiləşdirir. O, bununla bağlı narazılığını rəhbərliyə bildirib.
 
Qeyd edək ki, Kriştiano Ronaldo ötən ildən “Əl-Nəsr”in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest