çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA həmişəki kimi, azarkeşlərin 4 qol arasında seçim etməsinə şərait yaradıb.

Nəticədə ən çox səs toplayan Lionel Messinin 1/4 final mərhələsinin "Mançester Yunayted"lə cavab qarşılaşmasındakı birinci qolu ən yaxşı seçilib.

Digər namizədlər isə "Mançester Siti"nin vingeri Rahim Sterlinqin "Tottenhem"lə oyundakı ilk qolu, "Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun qarşısıalınmaz zərbəsi və "Ayaks"ın üzvü David Neresin "Yuventus"la görüşdəki topu olub.

Qeyd edək ki, Lionel Messi eyni zamanda həftənin futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest