çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Barselona"nın kapitanı Lionel Messi növbəti dəfə bu ada layiq görülüb.

çempionlar Liqasının 1/4 final mərhələsinin son iki cavab oyunundan sonra azarkeşlər məhz argentinalını üstün tutub. O, səsvermədə "Ayaks"ın müdafiəçisi Matteys de Liqt, "Liverpul"un hücumçusu Roberto Firmino və "Tottenhem"in yarımmüdafiəçisi Hun Min Sonu geridə qoyub.

Qeyd edək ki, Messi "Mançester Yunayted"lə cavab oyununda (3:0) dubla imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest