çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Yuventus"un qonağı olacaq "Ayaks" səfərdə dəstəksiz qalmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq Turində olan hollandiyalı fanatların bəziləri oyuna buraxılmayacaq.

Belə ki, iki avtobusla İtaliyaya yollanan 54 nəfər geri qaytarılacaq. Buna səbəb onların üzərlərindən silah, bıçaq və qadağan olunmuş maddələrin çıxmasıdı. Dərhal polis bölməsinə aparılan fanatların deportasiya edilməsi prosesinə başladılıb. Əldə edilən məlumata görə, həmin azarkeşlər ev sahiblərinin fanatları ilə oyunöncəsi küçə davasına hazırlıq görüblərmiş.

Bu komandalar arasında Amsterdamda baş tutan ilk görüş öncəsi də Hollandiya polisi 120 italyanı saxlamış, stadiona buraxmamışdı.

Qeyd edək ki, bu gün keçiriləcək "Yuventus" - "Ayaks" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk görüşdə 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest