“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının cari mövsümündə ən çox seyv edən qapıçıdı. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper “Braqa” ilə pley-off mərhələsinin cavab görüşündəki qurtarışlarından sonra liderliyə yüksəlib.

Hazırda onun aktivində 37 seyv var. Lunyovu Kiprin “Aris” klubundakı həmkarı Vana Alveş (30) və Polşanın “Rakuv” komandasının qolkiperi Vladan Kovaçeviç (27) izləyir.

Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romao isə təkbətək mübarizələrdən ən çox qalib ayrılan oyunçudu. Braziliyalı cari mövsüm 27 dəfə bunu bacarıb.

Qeyd edək ki, pley-offda “Braqa”nı iki oyunun cəmində üstələyən “Qarabağ”ın (4:2, 2:3) 1/8 finaldakı rəqibi bu gün müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest