çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"ı qəbul edəcək "Yuventus" kapitanı Corcio Kyellininin xidmətindən yenə yararlana bilməyəcək. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, mərkəz müdafiəçisi komandanın oyunöncəsi son məşqində iştirak etməyib.

Bu isə o deməkdi ki, zədə ucbatından Amsterdamdakı qarşılaşmanı buraxan Kyellini sabah da meydana çıxa bilməyəcək. Həmçinin xorvatiyalı hücumçu Mario Mandzukiçin də görüşü buraxacağı dəqiqdi. Baş məşqçi Massimiliano Alleqri hər iki oyunçunu matçın iştirak ərizəsinə salmayıb.

Qeyd edək ki, cavab oyunu Turində keçiriləcək. İlk görüşdə qollu bərabərlik (1:1) qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest