çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA-nın azarkeşlərlə apardığı sorğunun qalibi "Liverpul"un hücumçusu Roberto Firmino olub.

1/4 final mərhələsində "Portu" ilə qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan braziliyalı hamıdan çox səs toplayıb. O, "Tottenhem"in yarımmüdafiəçisi Hun Min Son, "Barselona"nın müdafiəçisi Jerar Pike və "Ayaks"ın orta sahə oyunçusu Frenki de Yonqu qabaqlayıb.

Qeyd edək ki, "Liverpul" ilk oyunda "Portu"nu öz meydanında 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest