Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la keçirilən oyun "Benfika"nın yarımmüdafiəçisi Joao Feliks üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, komandasının 4:2 hesablı qələbəsində gənc oyunçu böyük rol oynayıb.

Feliks 3 qol və 1 məhsuldar ötürmə ilə qarşılaşmanın qəhrəmanı olub. Bununla Portuqaliya millisinin üzvü Avropa Liqası tarixində bir oyunda het-trik edən ən gənc oyunçu olub. O, buna 19 yaş 153 günlüyündə nail olub.

Gənc ulduz həmçinin son 27 ildə avrokuboklarda het-trikə imza atan ilk "Benfika"lı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest