çempionlar Liqasının (çL) 1/4 final mərhələsində "Barselona" ilə qarşılaşan "Mançester Yunayted" uğursuz çıxışını davam etdirib. Matc.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" son 5 oyunda 4-cü məğlubiyyətini alıb - 0:1.

Görüş ərzində 7 zərbə vuran ingilislər bir dəfə də olsun çərçivəyə düşə bilməyiblər. Bununla "Mançester Yunayted" 2005-ci ildən bəri ilk dəfə bir qarşılaşmada çərçivəyə zərbə vura bilməyib.

"Barselona" isə çL-in pley-off mərhələlərində 6 oyundan sonra ilk səfər qələbəsinə sevinib. İspanlar sonuncu dəfə 2015-16 mövsümünün 1/8 finalında Londonda "Arsenal"a (2:0) qalib gəlmişdi. Ondan sonrakı 6 qarşılaşmada isə 2 heç-heçə, 4 məğlubiyyət qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest