“Liverpul", "Mançester Siti", "İnter" və bir çox digər klubların sabiq hücumçusu Mario Balotelli karyerasında kimi ən pis məşqçi hesab etdiyini deyib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Brendan Rocers  indiyə qədər gördüyüm ən pis məşqçidir. O, məşq, topa sahib olmaq və stenoqrafiya oyunu baxımından bir nömrə idi. Ancaq bir insan olaraq o, fəlakətdir”.

Qeyd edək ki, Balotelli 2014-cü ildən 2015-ci ilə kimi "Liverpul"da çıxış edib. O vaxt komandanı Rocers idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest