çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edir. Matc.az saytının məlumatına görə, 1/4 final mərhələsinə start verilib.

İlk gündə 2 görüş baş tutub. Maraqlıdı ki, hər iki oyun İngiltərədə olub.

ötən mərhələdə "Bavariya"nı mübarizədən kənarlaşdıran "Liverpul" favorit göstərildiyi "Portu"ya qarşı ilk oyunu itkisiz başa vurub. Mersisaydlılar Keyta və Firiminonun ilk hissədə vurduğu iki qolla qələbə qazanıblar.

İngiltərə duelində isə turnirin qalibi olmağı hədəfləyən "Mançester Siti" çətin səfər sınağına çıxıb. "Tottenhem" yeni istifadəyə verilmiş stadionunda "şəhərlilər"i məyus etməyi bacarıb. Yeganə qolu koreyalı Son Hun Min vurub.

çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0
Keyta, 5, Firimino, 26
"Enfild Roud", Liverpul. Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
"Liverpul": 13. Alisson Bekker, 3. Fabinyo, 4. Vircil Van Dayk, 6. Deyan Lovren, 7. Ceyms Milner, 8. Nabil Keyta, 9. Roberto Firimino, 10. Sadio Mane, 11. Mohammed Salah, 14. Cordan Henderson, 66. Trend Aleksandr-Arnold
Ehtiyat oyunçular: 22. Simon Minyole, 5. Corcinyo Vaynaldum, 12. Co Qomez, 15. Daniel Stariç, 23. Cerdan Şakiri, 27. Divok Origi, 32. Coel Matip
"Porto": 1. İker Kasilyas, 2. Maksi Pereyra, 3. Eder Militao, 10. Oliver Torres, 11. Musa Mareqa, 13. Aleks Telles, 17. Xesus Korona, 22. Danilo, 25. Otavio, 28. Felipe, 29. Fransisko Soares
Ehtiyat oyunçular: 26. Vanya, 4. Dieqo Leyte, 6. Bruno Kosta, 7. Hernani, 8. Yasin Brahimi, 21. Andre Perreyra, 37. Fernando


"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə) - 1:0

Son, 78

"Tottenhem Arena", London. Baş hakim: Byörn Kuypers (Hollandiya)

"Tottenhem": 1. Hüqo Lloris, 2. Kyerian Tripyer, 3. Derrik Rouz, 4. Tobias Aldeveyrled, 5. Yan Vertongen, 7. Son Hun Min, 8. Harri Uinks, 10. Harri Keyn, 17. Musa Sissoko, 20. Delle Alli, 23. Kristian Eriksen
Ehtiyat oyunçular: 22. Paulo Qazzanya, 6. Davinson Sançez, 12. Viktor Vanyama, 18. Fernando Llorente, 21. Xuan Foyt, 27. Lukas Mouro, 33. Ben Deyvis
"Mançester Siti": 31. Ederson, 2. Kayl Uolker, 7. Rahim Sterlinq, 8. İlkay Gündoğan, 10. Serxio Aquero, 14. Lyaport, 18. Delf, 21. David Silva, 25. Fernandinyo, 26. Riyad Mahrez, 30. Nikolas Otamendi
Ehtiyat oyunçular: 49. Ariyante Muriç, 4. Vensan Kompani, 5. Con Stounz, 17. Kevin De Brün, 19. Leroy Sane, 33. Qabriel Jezus, 47. Fil Foden

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest