çempionlar Liqasının 1/4 final mərhələsində daha 2 oyunun hakim təyinatları açıqlanıb. Matc.az saytı xəbər verir ki, aprelin 10-da baş tutacaq qarşılaşmaların ədalət təmsilçiləri müəyyənləşib.

"Yuventus"un "Ayaks"la Hollandiyada üz-üzə gələcəyi oyunu ispaniyalı Karlos del Serro Qrande idarə edəcək. "Old Trafford"dakı "Mançester Yunayted" - "Barselona" qarşılaşması isə italyanlara həvalə edilib. Oyunun baş hakimi Canluka Rokki olacaq.

Qeyd edək ki, aprelin 10-da baş tutacaq hər iki görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest