çempionlar Liqasında (çL) mübarizə qaldığı yerdən davam edir. Matc.az saytının məlumatına görə, sabah 1/4 final mərhələsinə start veriləcək.

İlk gündə İngiltərənin 3 təmsilçisi meydana çıxacaq. "Liverpul" "Portu"nu qəbul edəcəksə, Premyer Liqa təmsilçiləri "Tottenhem"lə "Mançester Siti" üz-üzə gələcək.

Turnirdə mümkün qədər irəliləməyi hədəfləyən "Liverpul" "Portu" ilə oyunların aşkar favoritidi. Lakin "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp ehtiyatlı danışıb. O, çL-də favorit göstərilməyə hazır olmadıqlarını etiraf edib: "Biz çox iddialıyıq. Uğurlu çıxış üçün əlimizdən gələni edəcəyik. İlk oyun "Enfild Roud"da olacaq. Bu, bizim üçün çox önəmlidi. çempionlar Liqasında 2-ci mövsümümüzdü, 12-ci yox. Biz son üç ildə turnirin qalibi olan "Real" deyilik. Rəqabəti sevirik və qələbə üçün bütün gücümüzü ortaya qoyacağıq".

"Tottenhem"in yeni arenasında yerli komandanın qonağı olacaq "Mançester Siti", nəhayət ki, bu mövsüm çL-i qazanmaq niyyətindədi. "Şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bruyne təqvimin sıxlığından narahat olduqlarını söyləyib: "Oyunun "Tottenhem"in yeni stadionunda keçirilməsi elə böyük önəm daşımır. Ola bilsin ki, rəqib daha həvəsli oynasın. "Uembli"də də 80 min azarkeş olurdu. Azarkeş hər yerdə eynidi. çətin oyun olacaq, ancaq hər şey qaydasındadı. Stadiondan deyil, rəqibdən narahatam. İstirahət etmədən oynayırıq, təqvim çox sıxdı. 4 həftə ərzində nə baş verəcəyini birlikdə görəcəyik".

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest