Cari mövsüm Avropanın TOP-10 liqasında 34 yaşdan böyük ən çox qol vuran futbolçuların adları açıqlanıb. Siyahıya "Fənərbaxça"nın hücumçusu Edin Dzeko başçılıq edir.

Cari mövsüm Avropanın TOP-10 liqasında 34 yaşdan böyük ən çox qol vuran futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya "Fənərbaxça"nın hücumçusu Edin Dzeko başçılıq edir.
 
Onun komanda yoldaşı Duşan Tadiç isə 6-cı olub. İlk "3-lüy"ü "Barselona"dan Roberts Levandovski və "Milan"dan Olivye Jiru tamamlayır:
 
1. Edin Dzeko – 37 yaş, 10 qol ("Fənərbaxça", Super Liqa);
2. Robert Levandovski – 35 yaş, 7 qol ("Barselona", La Liqa);
3. Olivye Jiru – 37 yaş, 7 qol ("Milan", Seria A);
4. Anxel di Maria – 35 yaş, 5 qol ("Benfika", Portuqaliya Premyer Liqası);
5. Cakomo Bonaventura – 34 yaş, 5 qol ("Fiorentina", Seria A);
6. Duşan Tadiç – 34 yaş, 4 qol ("Fənərbaxça", Super Liqa);
7. Andrey Yarmolenko – 34 yaş, 4 qol ("Dinamo", Ukrayna Premyer Liqası);
8. Kassiano Moreyra – 34 yaş, 3 qol ("Eştoril", Portuqaliya Premyer Liqası);
9. Marko Roys – 34 yaş, 3 qol ("Borussiya" (Dortmund), Bundesliqa);
10. Kristian Stuani – 37 yaş, 3 qol ("Jirona", La Liqa).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest