"Bu gün 1 xal qazandıq. Yola davam edirik".
Matc.az xəbər verir ki, bu sözləri dogma meydanda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfransıda iştirak edib:
"Oyunun belə gərgin keçəcəyini bilirdik. çünki hər iki komandaya xal lazım idi. Heç biri uduzmaq istəmirdi. Meydanda bunu görmək olurdu. Böyük üstünlük əldə elədik. Amma bir neçə dəqiqə temp aşağı düşdü və qol buraxdıq. İkinci qolu da penaltidən buraxdıq. Bu gün çoxlu qol epizodları oldu. Oyunun qəhrəmanı rəqibin qapıçısı idi. "Zirə" ilə görüşü analiz edəndə də fikir verdim ki, son anda kritik bir qurtarıış etmişdi. Bu gün də ən yaxşılardan idi. Sevindirən hal o idi ki, futbolçularım istədiklərimi edirlər. Epizodlar çox yaradırlar. Bunu davam etdirmək lazımdır. Hər xal önəmlidir. Oyunlara baxanda görürük ki, xal qazanmaq çətindir. Bu gün 1 xal qazandıq. Yola davam edirik".
-Hesab 2:2 olduqdan sonra sanki qapıçı bərabərliklə razılaşmışdı. Siz nə düşünürsünüz?
- Yox. Sadəcə, yorğunçuluq var idi. O demək deyil vaxtı gecikdirirdik. Son dəqiqələr bir neçə epizod yaratdıq. O ani bir an idi. Müdafiəçilər top istəmirdi deyə elə edirdi.
- Qələbə hesabını qorumağı bacarmadınız. Kimdi günahkar?
- 2:0-dan rəqib 2:2 edə bilib. Səhvlər olub ki, bunu edə biliblər. Bu səhvləri aradan qaldırmalıyıq. Soyuqqanlı olmaq lazım idi. Amma rəqib yaxşı dəyişiklik elədi. Bizim müdafiəçilərin yorğun anında oldu. Rəqibin hücumları kəsərli oldu. Futbol 90 dəqiqədir. Hər nəticə ola bilər.
- Pusi qol vurduqdan sonra aqressov görünürdü...
- İrad bildirdim. Elə hallarda daha sakit olmaq lazımdır. Rəqib də nə isə demişdi. Həm də yorğun idi. Xırda-xırda səhvlər gəlib nəticəyə təsir edir.