"Qəbələ" klubu müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb. Matc.az xəbər verir ki, 2021-ci ilin yayından "qırmızı-qara" forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. 
 
O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandamızın heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.
 
"Qəbələ" İsayevə "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest