"Forbes" jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya İspaniyanın "Real" klubu başçılıq edir. "Kral klubu"nun dəyəri 6,07 milyard ABŞ dollarıdır.
 
İkinci pillədə İngiltərə "Mançester Yunayted"i qərarlaşıb - 6 milyard dollar. İlk "üçlüy"ü İspaniya "Barselona"sı (5,51 milyard dollar) tamamlayır.
 
İngiltərə "Liverpul"u (5,29 milyard dollar) dördüncü, "Mançester Siti" (4,99 milyard dollar) beşincidir.
 
Dünyanın ən dəyərli klublarının "Top-10" reytinqinə, həmçinin, Almaniyanın "Bavariya" (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin "çelsi" (3,1 milyard dollar), "Tottenhem" (2,8 milyard dollar) və "Arsenal" (2,26 milyard dollar) klubları da daxildir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest