"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisində rəhbərlik edəcəyi məşqçilər korpusunu formalaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano özünün "X" sosial şəbəkəsindəki hesabı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Zidan daha əvvəl Fransa Futbol Federasiyası ilə əməkdaşlıq barədə razılıq əldə edib və tərəflər cari ay ərzində bütün lazımi sənədlərə imza atacaqlar.

Təcrübəli mütəxəssis bundan əvvəl klub səviyyədə uğurlu fəaliyyət göstərib. O, 2016-2018 və 2019-2021-ci illərdə "Real"ın başında 3 dəfə Çempionlar Liqasının qalibi olub, 2 dəfə İspaniya çempionluğunu qazanıb və digər beynəlxalq titullara sahib çıxıb.

Xatırladaq ki, Didye Deşam 2026-cı il dünya çempionatında "üçrənglilər"in iyulun 19-da İngiltərə yığmasına qarşı keçirəcəyi bürünc medal uğrunda matçdan sonra baş məşqçi postunu tərk edəcək. Mütəxəssis 2012-ci ildən bəri rəhbərlik etdiyi milli komandanı 2018-ci ildə dünya çempionluğuna aparmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest