Bu gün çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Bakı vaxtı ilə 15:00-da start götürən tədbirə qitə futbol qurumu və iştirakçı 8 komandanın nümayəndələri qatılıb.

Bütün komandaların bir-birlərinə potensial rəqib olduğu püşkdə 1/4 final və yarımfinal cütlükləri müəyyənləşib.

Həmçinin iyunun 1-də "Vanda Metropolitano"da baş tutacaq final matçının nominal meydan sahibinin də adına aydınlıq gəlib.

çempionlar Liqası
1/4 final

"Ayaks" - "Yuventus"
"Liverpul" - "Porto"
"Tottenhem" - "Mançester Siti"
"Barselona" - "Mançester Yunayted"

Yarımfinal

"Tottenhem" - "Mançester Siti" cütünün qalibi "Ayaks" / "Yuventus" cütünün qalibi ilə
"Barselona" - "Mançester Yunayted" cütünün qalibi  "Liverpul" - "Porto" cütünün qalibi ilə

Final
Birinci yarımfinalın qalibi - İkinci yarımfinalın qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də keçiriləcək. Yarımfinal mərhələsində isə ilk görüşlər 30 aprel-1 may, cavab qarşılaşmaları isə 7-8 may tarixlərində olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest