Rusiya yığmasının sabiq futbolçusu Aleksandr Mostovoy çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Şalke" üzərində 7:0 hesablı qələbə qazanan "Mançester Siti"nin şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, o, Mançester təmsilçisinin hazırda əla formada olduğunu bildirsə də, "şəhərlilər"in qitənin ən nüfuzlu klub turnirinin qalibi olmayacağını söyləyib: "Düzdü, "Siti" əla formadadı. Bu komandanın oyunu Pep Qvardiolanın dövründəki "Barselona"nı xatırladır. Buna baxmayaraq, əminəm ki, Mançester təmsilçisi çempionlar Liqasını qazana bilməyəcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest