 
 
	AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
	Region Liqasının "Şirvanovka" – "Difai" oyununda "Difai"nin futbolçusu Fərid Bədəlov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. "Difai"nin digər futbolçuları - Bayram Paşazadə və Anar Məmmədov qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqlarına görə 4 oyun diskvalifikasiya olunublar.
	Gənclər Liqasının "Neftçi" PFK – "Sabah" FK oyununda "Sabah"ın futbolçusu Emil Həbibov rəqibi təpiklə vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
	U-15 Liqasında keçirilməli olan "Atletiko Baku" – "Zaqatala"  qarşılaşması "Zaqatala" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə "Zaqatala"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
	U-12 Liqasının "Sumqayıt City" - UGİM-2 (Sumqayıt) qarşılaşması UGİM-2 (Sumqayıt) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə UGİM-2 (Sumqayıt) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni hal ikinci dəfədir təkrarlanır.
	U-10 Liqasının UGİM (Tovuz) - "Qazax Gəncləri" qarşılaşması UGİM (Tovuz) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə UGİM (Tovuz) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
				
         	
                                             
               
 
             
 






_1761922707.jpg)


_1761919595.jpg)



_1761913751.jpg)

