çempionlar Liqasının 1/8 final mərhələsində bu gün "Lion"u qəbul edəcək "Barselona"nın iştirak ərizəsi açıqlanıb. Matc.az saytı xəbər verir ki, baş məşqçi Ernesto Valverde siyahıya 20 oyunçunun adını salıb.

Fransalı vinger Usman Dembele də bugünkü qarşılaşmada Valverdenin ixtiyarında olacaq. Halbuki La Liqanın XXVII turunda "Rayo Valyekano" ilə qarşılaşmada zədələnən gənc futbolçunun iştirakı sual altında idi. Ancaq onun ilk dəqiqələrdən meydana çıxıb-çıxmayacağı oyun saatında müyyənləşəcək.

Qeyd edək ki, bu komandalar arasında Fransada keçirilən ilk oyunda hesab açılmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest