Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki ilk oyununun hakimləri bəlli olub. Matc.az xəbər verir ki, yığmamızın Avstriya ilə səfər qarşılaşmasına polşalı hakimlər təyinat alıb.
 
"Raiffeisen Arena"dakı görüşdə Bartoş Frankovski ədalət təmsilçisi olacaq. Ona Marçin Boniek və Yakub Vinkler köməklik edəcək. Matçda dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.
 
Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest