Premyer Liqanın 25-ci turu çərçivəsində martın 5-də saat 19:30-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
 
https://iticket.az/.../sport/neftci-pfk-turan-tovuz23/87244
 
"Bakcell Arena"nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
 
Qeyd edək ki, qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest