Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyunlarından sonra turnirin ən yaxşı futbolçuları məlum olub. Matc.az xəbər verir ki, "Goal" nəşrinin tərtib etdiyi siyahıya Argentina millisinin futbolçusu Lionel Messi başçılıq edir.
 
Fransa yığmasından Kilian Mbappe ikinci, onun komanda yoldaşı olan Antuan Qrizman üçüncü pillədə qərarlaşıb.
 
İlk 5-liyi Mərakeşdən müvafiq olaraq Sofyan Amrabat və Əşrəf Hakimi qapayır. Argentinalı Nikolas Otamendi 6-cı, onun həmyerlisi Xulian Alvares 7-ci, fransalı Olivye Jiru 8-ci, portuqaliyalı Bruno Fernandes 9-cu, braziliyalı Riçarlison 10-cudur.
 
Dekabrın 17-də Mərakeş və Xorvatiya üçüncü yer uğrunda görüşdə, dekabrın 18-də isə Argentina və Fransa milliləri finalda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest