Fransa millisi dünya çempionatlarnda ardıcıl 2 dəfə finala çıxan 6-cı yığmadır. Matc.az xəbər verir ki, "xoruzlar" buna Qətərdə keçirilən mundialın yarımfinalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək nail olub.
 
Didye Deşamın rəhbərlik etdiyi kollektiv Dç-2018-də də həlledici görüşə vəsiqə qazanıb.
 
Daha əvvəl isə İtaliya (1934, 1938), Braziliya (1958, 1968; 1994, 1998, 2002), Niderland (1974, 1978), Almaniya (1982, 1986, 1990) və Argentina seçmələri ardıcıl 2 dəfə bu uğura imza atıblar.
 
Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest