İngiltərə Premyer Liqasının XXIX turunda "Sauthempton"u qəbul edən "Mançester Yunayted" son dəqiqələrdə vurduğu qol sayəsində əzmkar qələbə qazanıb. Matc.az saytı xəbər verir ki, bununla "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırıb.

Komanda onun gəlişindən sonra Premyer Liqada keçirdiyi 12 görüşdə 10 qələbə, 2 heç-heçə ilə yadda qalıb. Bununla Sulşer "çelsi"nin çalışdırıcısı Mauritsio Sarrinin seriyasını təkrarlayıb.

Start rekordu isə 14 görüşdə məğlubiyyət üzü görməyən "çelsi"nin sabiq baş məşqçisi Qus Hiddinkə məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest