Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun "Qarabağ" – "Frayburq" (Almaniya) görüşündə qonaq azarkeşlər də iştirak edəcəklər. Matc.az xəbər verir ki, bu barədə "Frayburq"un mətbuat xidməti açıqlama yayıb.
 
Bundesliqa təmsilçisinin yaydığı məlumata görə, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.
 
Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ" – "Frayburq" matçına saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest