"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları deyib:
 
"Asan oyun olmayacağını bilirdik. Samir Abasovun gəlişindən sonra "Sumqayıt"ın oyun planında inkişafı aşkar görünürdü. Komanda daha dinamik, aqressiv oynayırdı. Oyuna yaxşı başladıq, qol vurduq. Sonradan oyun planında passivləşdik və rəqibə daha rahat oynamağa imkan verdik. İkinci yarıda dəyişiklərdən sonra dinamika və aqressiyamız artdı. Oyunun həmin hissəsindən daha razı qaldım. Qol vurduq, sonradan yenə qol epizodlarımız var idi. çox vacib qələbə qazandıq. Sumqayıt səfəri həmişə ağır, çətin olur. Bu da həmin oyunlardan biri idi.
 
Bəzən elə futbolçular olur ki, oyuna sonradan daxil olanda özünü daha rahat hiss edir. Sərtan Taşkın da o futbolçulardan biridir ki, ona 30-35 dəqiqə vaxt verəndə özünü daha yaxşı hiss edir. Bu ildə də hücum planında inkişaf görünür. Hücum xəttində itkilərimiz var idi. Oyunu sonradan gücləndirmək üçün futbolçumuz yox idi, ona görə Sertandan istifadə etdik. O da etimadı doğrultdu və biz də buna sevinirik.
 
"Neftçi"yə qarşı keçirəcəyimiz oyun bizim üçün turnir cədvəli baxımından çox önəmli olacaq. "Neftçi", "Qarabağ" kimi komandalarla oyunlarda qazancağın hər bir xal önəmlidi. Müəyyən itkilərlə hazırlaşacağıq oyuna. Hacıağa Hacılı da cəzalı duruma düşdü. Əlimizdən gələni edəcəyik. Qazanılan xallar bizim üçün çox önəmlidi. Mümkün qədər irəliləməyi planlaşdırırıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest