Peşəkar Futbol Liqası Gəncədə "Kəpəz" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının X tur oyunundan reportaj hazırlayıb. Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, süjetdə hər iki komandanın azarkeşlərinin açıqlamaları yer alıb.
 
Gəncədəki fanatlar böyük futbolun şəhərə qayıtmasını arzuladıqlarını və bunun gerçəkləşdiyi üçün sevindiklərini bildiriblər.
 
Xatırladaq ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Kəpəz" "Zirə"yə qarşı 1-ci turdakı ev oyunun Bakıda "Dalğa Arena"da, növbəti görüşlərini isə Qəbələ şəhər stadionunda keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest